• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sahibkarlar problemlər içindədir: “Məmurların müdaxiləsi tam dayandırılmalıdır”

İQTİSADİYYAT

25 Sentyabr 2021 | 13:57

Sahibkarlar problemlər içindədir: “Məmurların müdaxiləsi tam dayandırılmalıdır”

“Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinə investisiyaların stimullaşdırılması  və ixracın təşviqi qeyri-neft sektorunun inkişafı məsələsidir. Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu vasitəsilə sahibkarlara dəstək verilir, qanunvericiliyə dəyişiklik etməklə vergi dərəcələrini və gömrük rüsumlarının azaldıması istiqamətində müəyyən addımlar atırlar”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.

Ekspert qeyd edib ki, paytaxtda və regionlarda iqtisadiyyatın inkişafı üçün müəyyən infrastruktur qurulub: “Bu prosesin davam etməsilə yanaşı biznes və investisiya mühitinin yaxşılaşdırılması lazımdır. Burada bir çox məsələ var. Birincisi, sahibkarların xərclərinin aşağı salınması məsələsidir. Xüsusən, inzibati və bürokratik məsələlərlə bağlı xərclərin və risklərin aşağı salınması lazımdır. Sahibkar və məmur münasibətləri müasir qaydlara uyğun qurulmalıdır. Məmurların sahibkarların işinə qarışması tam dayandırılmalıdır”.

Ekspert bildirib ki, yeni sahibkarlıq fəaliyyətinə başlayan şəxslərin maliyyə ilə bağlı problemi var: “Onların maliyyəni ancaq banklar vasitəsilə əldə etdiyini nəzərə alsaq, kredit faizlərinin çox olması problemə çevrilir. Ucuz maliyyə resursu çatışmazlığı var. Məhsulu da baha sata bilmirlər. Ölkə brendi aşağı səviyyədə olduğu üçün Azərbaycan məhsuludur deyə baha qiymətə satmaq imkanlarımız da məhdudur. Ölkədə isə məcmu tələbin, alıcılıq qabiliyyətin səviyyəsi aşağıdır. Bunun özü də bazarı daraldır.

Ölkəyə investisiya axını üçün xüsusi mülkiyyət tam qorunmalıdır. Ölkədə ədalətli məhkəmi sistemi yaradılmalıdır.  Məhkəmələr sürətli və obyektiv qərar verməlidir. Sahibkarlar mübahisələrin həlli zamanı məhkəmə vasitəsilə çevik nəticələrə nail olmalıdır. Biznesin inkişafına mane olan xərclər tam azaldılmalıdır”.

Ekspert deyib ki, islahatlar bütün dəyər zəncirində sahibkarın qarşılaşdığı problemləri həll etmir, fraqmental xarakter daşıyır: “Yəni bir problem həll olunur, amma sahibkar yenə problemlər içindədir. İslahatlar bütün problemləri həll edəcək şəkildə proses halında aparılmalıdır”.  

X.Kərimli deyib ki, ümumi daxili məhsulda özəl sektorun payı 75 faizin üzərindədir: “Hazırda qeyri-neft sektorundan toplanan vergilərin artırılması, bu sektorun xərclərinin gəlirlərinə uyğunlaşdırılması məsələsi aktualdır.

Dövlət müəssisələrinin özəlləşdirilməsi məsələsi aktualdır. İnvestisiya Holdinqinin yaradılması ilə bir çox özəl sektorun həyata keçirə biləcəyi dövlətin apardığı fəaliyyəti növlərinin özəlləşdirilməsi ilə özəl sektorun ölkə iqtisadiyyatında payını artırmaq mümkündür.

Ölkənin sosial-iqtisadi inkişafının əsas mənbəyi sahibkarlıqdır. Bütün büdcə paketlərində və hökumət siyasətində büdcənin dayanıqlı icra olması üçün əsas aparıcı qüvvə sahibakarlardır. Sahibkar səmərəli və mənfəətli müəssisə qura bilir, istehsalını oplimat təşkil edə bilir və iş yerləri təşkil edirlər”.

 Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026