• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Şahin Mustafayev Tehranda İranın yol və şəhərsalma naziri ilə görüşüb

SİYASƏT

15 Oktyabr 2024 | 13:53 | Müəllif: Əli Hüseynov

Şahin Mustafayev Tehranda İranın yol və şəhərsalma naziri ilə görüşüb

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tehranda İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqlə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı İRNA yayıb.

Məlumata görə, iranlı nazir Azərbaycanla əlaqələrin İran üçün çox önəmli olduğunu bildirib.

Fərzanə Sadiq 16-cı Azərbaycan-İran Birgə İqtisadi Komissiyanın iclası tezliklə Tehranda keçirilməsini təklif edib : “Biz Şimal-Cənub dəhlizinin inkişafında dönüş nöqtəsi sayılan Rəşt-Astara dəmir yolunun tikintisinə başlamışıq. Bu dəmir yolu infrastrukturunun inkişafında Azərbaycanın əməkdaşlığı çox vacibdir. Bundan əlavə, iki ölkə arasında 15 milyon ton yük tranziti hədəfinə çatmaq üçün plan hazırlanmalıdır”.

Qeyd edək ki, Şahin Mustafayev oktyabrın 14-də Tehranda İran Prezidenti Məsud Pezekianla görüşüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026