• Bakı 18° C

    1.41 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Şakro Molodoy azadlığa çıxacaq

DÜNYA

13 Mart 2024 | 16:10

Şakro Molodoy azadlığa çıxacaq

Rusiyada həbsdə olan “1 nömrəli qanun oğru” hesab olunan Şakro Molodoy (Zaxari Kalaşov) azadlığa çıxır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Krasnodar diyarının Ust-Labinski rayon məhkəməsindən bildirilib. Qeyd olunub ki, 70 yaşlı Zaxari Kalaşov səhhətinə görə vaxtından əvvəl azadlığa buraxılacaq.

    Məhkəmə bağlı qapılar arxasında onun şərti azadlığa buraxılması tələbini təmin edib. Kalaşovun dəqiq nə vaxt azadlığa çıxacağı hələlik məlum deyil.

    Qeyd edək ki, 2018-ci ildə Şakro Molodoy Moskvanın Roçdelskaya küçəsindəki restoranın sahibindən hədə-qorxu ilə pul tələb etdiyinə görə 9 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

    Şakro Ded Xasan ləqəbli “kriminal avtoritet” Aslan Usoyan öldürüləndən sonra onun klanına rəhbərlik edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    26 Sentyabr 2026