Belçika 2025-ci ildən tez olmayaraq Ukraynaya F-16 təyyarələri tədarük edə bilər.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Aleksandr de Kroo Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, Belçika hələ də ukraynalı pilotların və texniki personalın bu təyyarələrdə işləmək üçün hazırlanması üzrə təlim missiyasında iştirak edir.
“F-16-ların digər ölkələrə təhvil verilməsi gələn ay başlaya bilər. Gələn ildən etibarən bu təyyarələrin dəyişdirilməsinə başlanılacaq, sonra belə təyyarələr təhvil veriləcək, lakin növbəti Belçika hökuməti buna uyğun olaraq yekun qərarı verməlidir”.
Günəş Mərd
Belçika Ukraynaya F-16-lar verə bilər
DÜNYA
12 Aprel 2024 | 15:03

SON XƏBƏRLƏR
27 Noyabr 2026















