• Bakı 22° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Salah Premyer Liqada noyabrın ən yaxşısı seçildi

İDMAN

10 Dekabr 2024 | 17:12

Salah Premyer Liqada noyabrın ən yaxşısı seçildi

İngiltərənin "Liverpul" klubunun hücumçusu Məhəmməd Salah Peşəkar Futbolçular Assosiasiyasının versiyasına görə Premyer Liqada noyabrın ən yaxşı futbolçusu seçilib.

Bakıvaxtı.az xəbər verir ki, misirli oyunçu azarkeşlərin səsverməsinə əsasən "ən yaxşı" adına layiq görülüb.

O, Moyses Kaysedo (“Çelsi”), Mateus Kunya və Juan Qomes (hər ikisi “Vulverhempton”), Ceyms Meddison (“Tottenhem”) və Juan Pedronu (“Brayton”) qabaqlayıb.

Qeyd edək ki, Məhəmməd Salah ötən ay Premyer Liqada keçirdiyi üç oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.


SON XƏBƏRLƏR

05 Iyun 2025