• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Şamaxıda koronavirus xəstəsi marketdə aşkarlandı

HADİSƏ

30 Dekabr 2021 | 09:11 | Müəllif: Qalib İbrahimoğlu

Şamaxıda koronavirus xəstəsi marketdə aşkarlandı

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilən şəhər sakini Kamal Rəsulov qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və polis əməkdaşları tərəfindən o, böyük marketlərin birində alış-veriş edərkən aşkarlanıb. Həmin şəxslə izahedici söhbətlər aparıldıqdan sonra evinə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

K.Rəsulov barəsində polis şöbəsində araşdırma aparılır.


Şamaxıda koronavirus xəstəsi marketdə aşkarlandı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026