Şamaxıda 16 yaşlı oğlan xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Şamaxı şəhərində baş verib.
Şamaxı sakini, 2008-ci il təvəllüdlü Sərkərov Qadir Qalib oğlunun yıxılaraq xəsarət aldığı bildirilir. Yeniyetmə rayon mərkəzi xəstəxanasına çatdırılıb, onun ağır kəllə-beyin travması aldığı məlum olub. Hadisənin hansı səbəbdən və necə baş verdiyi araşdırılır.
















