• Bakı 8° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Samsunda leysan: Küçələri su basdı, yollar çökdü

DÜNYA

03 Sentyabr 2023 | 17:43 | Müəllif: Subhan Mahmudov

Samsunda leysan: Küçələri su basdı, yollar çökdü

Türkiyənin mərkəzi hissəsində və Qara dəniz bölgəsində güclü yağışlar yağır. Hakimiyyət orqanları 19 vilayətin sakinlərinə daşqın və sel təhlükəsi barədə xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, məlumata görə, güclü yağışlardan ən çox Samsun şəhəri zərər çəkib.

Ötən gecədən başlayan leysan bu gün də davam edir. Kanalizasiya sularının daşması nəticəsində şəhər küçələrindən çay axıb. Bir neçə meydanı və küçələri su basıb, bəzi yerlərdə suyun səviyyəsi 50 santimetrə çatıb. Onlarla avtomobilə ziyan dəyib, yaşayış binalarının birinci mərtəbələri də su altında qalıb, yolların çökməsi baş verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026