• Bakı 20° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Şanxayda karantin sərhədi:  “Sıfır COVID” nəticə verdi

DÜNYA

17 May 2022 | 16:45 | Müəllif: Subhan Mahmudov

Şanxayda karantin sərhədi: “Sıfır COVID” nəticə verdi

Dünya tədricən koronavirus epidemiyasını geridə qoymağa başlayıb və bu istiqamətdə bir çox ölkələr pandemiya məhdudiyyətlərini aradan qaldırıb.

Bakıvaxtı.az-ın məlumatına görə, digər tərəfdən, epidemiyanın başlanğıc nöqtəsi olan Çində "sıfır vəziyyət" siyasəti uzun müddətdir müzakirə mövzusudur. Dünya məhdudiyyətləri aradan qaldırarkən, Pekin Administrasiyası kəskin tədbirlər görməyə başlayanda ölkədə insanların reaksiyaları yüksəlib. Rəhbərlik indi yavaş-yavaş qadağaları yumşaltmağa başlayıb. belə ki, bBu gün Çin Xalq Respublikasının maliyyə mərkəzi olan Şanxay şəhərində karantin zonalarından kənarda “sıfır yayılma” məqsədinə nail olunduğu açıqlanıb.

Şanxayda koronavirusla bağlı məhdudiyyətlərin iyunun əvvəlində götürülməsi planlaşdırılır. AFP-in fotojurnalisti Hektor Retamal Şanxayın Jing'an rayonunda qida paylanmasının necə baş verdiyini çəkib. Fotolarda işçilərin çatdırılma zamanı maneələrin üstündən xalqa yemək paketləri təhvil verməsi əksini tapıb. Şəhərin bəzi yerlərində küçələrin hələ də boş olduğu və qoruyucu geyimdə olan məmurların yük maşınları ilə ərzaq daşımağa hazırlaşdığı da görünüb.

Marketlərdə işçilər koronavirusa qarşı qoruyucu geyimlərdən istifadə edir.

Ümumiyyətlə, Çində Şanxaydakı karantin zonaları istisna olmaqla “sıfır yayılma” məqsədinə nail olunub. Belə ki, Şanxay Səhiyyə Komissiyasının sədr müavini Cao Dandan karantinə alınan və epidemiyadan qorunma tədbirlərinin həyata keçirildiyi ərazilər istisna olmaqla, şəhərin 16 rayonunun hamısında icmadaxili yayılmanın dayandırıldığını bildirib. Qeyd olunub ki, əhalisi 26 milyondan çox olan şəhərdə son 24 saat ərzində xəstəlik əlaməti olan 77 nəfər, simptomsuz 746 yoluxma halı aşkar edilib, bir nəfər ölüb.

Son iki gündə şəhərdə gündəlik yoluxma sayı mindən az olub.

Qeyd edək ki, şəhər rəhbərliyi mayın 20-də karantin zonaları xaricində “sıfır hal” hədəfinə çatmağı hədəflədiyini açıqlamışdı.

İyunun əvvəlində isə bütün məhdudiyyətlərin aradan qaldırılaraq, “normal vəziyyətə qayıtmaq" hədəfdədir.

Aytac Aslan


Şanxayda karantin sərhədi: “Sıfır COVID” nəticə verdiŞanxayda karantin sərhədi: “Sıfır COVID” nəticə verdiŞanxayda karantin sərhədi: “Sıfır COVID” nəticə verdi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026