• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şaraa Trampı İNKAR ETDİ: “Livana hərbi müdaxilə etmək...”

DÜNYA

22 Iyun 2026 | 06:10 | Müəllif: Ayyət Əhməd

Şaraa Trampı İNKAR ETDİ: “Livana hərbi müdaxilə etmək...”

“Suriya İsrail və Hizbullahın müharibə apardığı Livana hərbi müdaxilə etmək istəmir”.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadla xəbər verir ki, bu barədə Suriya prezidenti Əhməd Əl Şaraa bildirib. Suriya dövlət başçısı “Əl-Məşhəd” televiziya kanalında yayımlanan müsahibəsində bildirib:

“Biz Livan və Suriya arasında hərbi kanallar yox, iqtisadi kanallar axtarırıq”.

Qeyd edək ki, ABŞ lideri Donald Tramp “Fox News”a verdiyi açıqlamada İsrailin Hizbullahı məğlub edə bilməməsindən məyus olduğunu bildirirərək bəyan edib: “Mən onu Suriyaya təhvil vermək üzrəyəm. Əgər İsrail hamını öldürmədən işi görə bilmirsə, cənab Əl-Şaraa bunu edəcək” .

Aydın


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026