• Bakı 23° C

    6.98 m/s

  • USD - 1.7

    EUR - 1.8748

    RUB - 0.018

Saray qəsəbəsinə giriş-çıxış məhdudlaşdırılacaq

GÜNDƏM

08 Iyul 2024 | 17:20

Saray qəsəbəsinə giriş-çıxış məhdudlaşdırılacaq

Sabah saat 10:00-dan Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq 19-cu km-dən Saray qəsəbəsinə giriş-çıxış hissə avtonəqliyyat vasitələrinin hərəkəti üçün tam məhdudlaşdırılacaq.

Bakıvaxtı.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, məhdudlaşma sözügedən hissədə aparılan tikinti işləri bitənə qədər qüvvədə olacaq.

Alternativ olaraq sürücülər qəsəbəyə giriş-çıxış etmək üçün Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun 17-ci km-dən istifadə edə bilərlər.

Agentlik müvəqqəti narahatlığa görə üzr istəyib.


SON XƏBƏRLƏR

05 Oktyabr 2024