• Bakı 16° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Şarl Mişel sabah Çexiyaya gedəcək

DÜNYA

12 Yanvar 2022 | 09:09 | Müəllif: Qalib İbrahimoğlu

Şarl Mişel sabah Çexiyaya gedəcək

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel yanvarın 13-də Çexiyaya səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Çexiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Xəbərə görə, səfər çərçivəsində Aİ prezidentinin respublikanın baş naziri Petr Fiala ilə danışıqları olacaq. 

"Danışıqların əsas mövzusu Çexiyanın Avropa İttifaqı Şurasında qarşıdakı (bu ilin iyulun 1-dən yarım aylıq) sədrliyinə hazırlıq olacaq", - deyə məlumatda bildirilib

P.Fiala və Ş.Mişel Avropa Şurasının qarşıdan gələn iclası, eləcə də Avropa üçün digər aktual məsələlər - enerji qiymətləri, hüquq dövləti, miqrasiya və Aİ ticarət siyasəti haqqında danışacaqlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026