• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şavkat Mirziyoyev Azərbaycana gəlir

SİYASƏT

21 Avqust 2023 | 10:18 | Müəllif: Subhan Mahmudov

Şavkat Mirziyoyev Azərbaycana gəlir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə avqustun 22-23-də Azərbaycanda səfərdə olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti ilə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 22-23-də Azərbaycana səfər edəcək. Səfər proqramında iki ölkə liderlərinin iştirakı ilə yüksək səviyyəli danışıqların aparılması və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur”, - məlumatda deyilir.

O cümlədən, gündəliyə ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinin inkişafı və prioritet istiqamətlər üzrə praktiki əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi daxildir. Danışıqların yekununda bir sıra ikitərəfli sazişlərin imzalanması planlaşdırılır. 
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026