“Əslində Nəfəsin xətrinə dəymək istəmirəm. Amma onun dedikləri söz ayıbdır. Kafelərdə oxuyan xanımları aşağılamaq olmaz”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Qəhrəmanova “Gül kimi şou”da deyib.
Müğənni həmkarı Nəfəsə sonuncu xəbərdarlığını edib:
“Bir az danışanda diqqətli ol. Ağızdan çıxan sözə nəzarət etmək lazımdır. Nəfəs naxışlı müğənnidir. 4,5 ildir ki, oxumağa başlayıb. Amma şansı gətirib ,üzə çıxıb. İndi onun gündəm xətrinə hansısa müğənniyə söz deməsi düzgün deyil. Mən bunu qəbul etmirəm. Bizim danışmağa sözüm var. Səbr edirik, dözürük, amma cavabımız çox ağır ola bilər”.
Ziyafət Əlisoy
















