• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Səfir Türkiyənin vilayətində görüşlər keçirib - FOTOLAR

CƏMİYYƏT

05 Iyul 2022 | 17:51

Səfir Türkiyənin vilayətində görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov 4 iyul tarixində Türkiyənin Zonquldak vilayətinə səfər edib və bir sıra görüşlər keçirib.

Bakıvaxtı.az  xəbər verir ki, səfir Zonquldak bələdiyyəsini ziyarət edib və bələdiyyə rəhbərliyi ilə keçirilmiş görüşdə Azərbaycan - Türkiyə münasibətlərinin xüsusi əhəmiyyətinə diqqət çəkərək, ikitərəfli münasibətlərin inkişafı üçün bundan sonra da çalışmağa davam edəcəyini bildirib.

Zonquldak valisi Mustafa Tutulmazla kecirilmiş nəzakət görüşündə iki qardaş ölkə arasında əməkdaşlıq imkanları müzakirə edilib, Türkiyənin mədən sənayesində qabaqcıl vilayətlərindən olan Zonquldakla Azərbaycanın müvafiq bir şəhəri arasında qardaşlaşmış şəhər münasibətlərinin yaradılmasına dair fikir mübadiləsi aparılıb. Daha sonra səfir valinin müşayiəti ilə Türkiyədə ən zəngin daş kömür yataqlarına malik olan Zonquldakda yerləşən Mədən muzeyi və Kömür təcrübə ocağını gəzərək, onların fəaliyyəti ilə bağlı ətraflı məlumat alıb.

Səfir Rəşad Məmmədov səfər çərçivəsində Zonquldak Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Mətin Dəmirlə də görüş keçirib.

Səfirə Palatanın investisiya qoymaq üçün maraqlı olduğu sahələr barədə məlumat verilib. Səfir R.Məmmədov vilayətdəki iş adamlarina Azərbaycandakı investisiya imkanları barədə məlumat verərək onları xüsusilə işğaldan azad olunmuş Qarabağda aparılan bərpa və yenidənqurma çalışmalarına investiya yatırmağa dəvət edib. Aparılmış müzakirələr nəticəsində əməkdaşlıq fürsətlərinin qiymətləndirilməsi məqsədilə yerli iş adamlarından ibarət heyətin Azərbaycana, azərbaycanlı iş adamlarının isə Zonquldaka səfərinin təşkili ilə bağlı razılıq əldə olunub.

Rəşad Məmmədov Zonquldak səfəri çərçivəsində Bülent Ecevit Universitetini də ziyarət edərək rektor vəzifəsini icra edən professor Hakan Kutoğlu ilə görüşüb. Görüşdə Universitetin Azərbaycan universitetləri ilə əməkdaşlıq imkanları, yeni yaradılacaq neft - kimya fakültəsi üçün bu sahədə inkişaf etmiş Azərbaycan universitetlərinin təcrübəsinin öyrənilməsi, tələbə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub. Səfir Bülent Ecevit Universitetində təhsil almaqda olan azərbaycanlı tələbələrin təhsili ilə də maraqlanıb. 

Ramid İbrahimov


Səfir Türkiyənin vilayətində görüşlər keçirib - FOTOLARSəfir Türkiyənin vilayətində görüşlər keçirib - FOTOLARSəfir Türkiyənin vilayətində görüşlər keçirib - FOTOLARSəfir Türkiyənin vilayətində görüşlər keçirib - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026