• Bakı 26° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Bakının bu küçələrində hərəkət tam məhdudlaşdırılacaq

CƏMİYYƏT

04 Avqust 2022 | 16:20

Bakının bu küçələrində hərəkət tam məhdudlaşdırılacaq

Avqustun 6-da saat 08:00-dan avqustun 8-i saat 20:00–a qədər Bakının Yasamal rayonunun Zivərbəy Əhmədbəyov küçəsinin, Salatın Əsgərova küçəsindən Abbasquluağa Bakıxanov küçəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaqdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir.

Agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, edilən tarixlərdə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026