• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

DİQQƏT: Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ - Sentyabrın 5-dən...

CƏMİYYƏT

03 Sentyabr 2022 | 15:04

DİQQƏT: Nazirlikdən əhaliyə XƏBƏRDARLIQ - Sentyabrın 5-dən...

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Xidmətdən Bakıvaxtı.az-a bildirilib ki, 25 gün davam edən isti və quraq hava şəraitindən sonra ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında proses sentyabrın 5-i əvvəl şimal küləyinin güclənməsi ilə başlayacaq.

Küləyin maksimal sürəti 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s olacaq.

Küləkli hava şəraiti 07-si gündüzədək davam edəcək.

Havanın temperaturu tədricən 8-10° aşağı enəcək.

6-sı gündüzdən 08-i səhərədək fasilələrlə yağış yağacağı ehtimalı var.

Azərbaycanın rayonlarında sentyabrın 5-dən başlayaraq əvvəl Böyük Qafqazın bəzi yerlərində, 06-dan 08-i gündüzədək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Gözlənilən yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.

Qərb küləyi arabir 18-23 m/s, əsasən Kürvadisi rayonlarda arabir 25-30 m/s olacaq.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10° aşağı enəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR