• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəhid olan hərbçimizin anası da faciəvi şəkildə vəfat edibmiş - YENİLƏNİB

CƏMİYYƏT

11 May 2023 | 13:23

Şəhid olan hərbçimizin anası da faciəvi şəkildə vəfat edibmiş - YENİLƏNİB

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Novruzəlizadə Orxan Elxan oğlunun anası da faciəvi şəkildə vəfat edib. 

Bakıvaxtı.az xəbər verir ki, şəhidin anası Novruzəliyeva Mətanət qatarın vurması nəticəsində dünyasını dəyişib. Hələ onun vəfatının bir ili tamam olmayıb. 

1998-ci il təvəllüdlü Orxan Novruzəlizadənin özündən başqa 2 bacısı və 1 qardaşı var. 25 yaşlı N.Orxan doğulduğu Ağstafa rayonunun Vurğun qəsəbəsində dəfn olunacaq.  /Unikal.az
 

12:14

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.

Bakıvaxtı.az  xəbər verir ki, şəhidimizin fotosunu Müdafiə Nazirliyi yayıb.


Şəhid olan hərbçimizin anası da faciəvi şəkildə vəfat edibmiş - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR