• Bakı 25° C

    0.83 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Şəhid övladları üçün 5-ci "YAŞAT" düşərgəsi başlayıb

SİYASƏT

16 Iyun 2026 | 15:41

Şəhid övladları üçün 5-ci YAŞAT düşərgəsi başlayıb

"YAŞAT" Fondunun və "ASAN Könüllüləri" Təşkilatının birgə təşkilatçılığı, "TABİA Group"un və "Lankaran Springs Wellness Resort" Hotelin birgə tərəfdaşlığı ilə 5-ci "YAŞAT" düşərgəsinə start verilib.

Bu barədə Bakıvaxtı.az-a "YAŞAT" Fondundan məlumat verilib.

Bildirilib ki, ümumilikdə 400-ə qədər şəhid övladını və 7 həftəni əhatə edəcək layihə çərçivəsində uşaqlar üçün əyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, öz sahəsinin peşəkarları ilə, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müğənnilərin iştirakı ilə konsert proqramları keçiriləcək.

Hər bir düşərgə 5 gecə 6 günü əhatə edəcəkdir.

Düşərgələrdə şəhidləri 10-11, 12-13 yaş kateqoriyasında olan övladlarının iştirakı nəzərdə tutulub.

Açılış mərasimində "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və digər qonaqlar iştirak ediblər. Onlar uşaqlara düşərgə müddətində həyata keçiriləcək təşəbbüslər barədə məlumat verib və uğurlar arzulayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR