• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Şəhid Polad Şirinov bu universitetin tələbəsi imiş - FOTO

CƏMİYYƏT

16 Sentyabr 2022 | 17:52

Şəhid Polad Şirinov bu universitetin tələbəsi imiş - FOTO

Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-dən başlayaraq Azərbaycanla dövlət sərhədində törətdiyi genişmiqsaylı təxribatların qarşısı alarkən şəhid olan hərbi qulluqçu Polad Şirinov tələbə imiş.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Memarlıq və İnşaat Universitetindən məlumat verilib.

Bildirilib ki, P.Şirinov orta məktəbi bitirdikdən sonra AzMİU-nun nəzdindəki İnşaat Kollecinin “Su təchizatı və suayırma” ixtisasına qəbul olub. O, Vətən müharibəsi ərəfəsində təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yola düşüb və xidməti başa çatdıqdan sonra müddətdən artıq hərbi quluqçu kimi ordu sıralarında xidmətini davam etdirib.

Qeyd edək ki, P.Şirinov 2002-ci il oktyabrın 5-də Bakı şəhərində anadan olub. Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb. P.Şirinov II Fəxri xiyabanda dəfn olunub.


Şəhid Polad Şirinov bu universitetin tələbəsi imiş - FOTOŞəhid Polad Şirinov bu universitetin tələbəsi imiş - FOTOŞəhid Polad Şirinov bu universitetin tələbəsi imiş - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026