• Bakı 14° C

    8.98 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

“Şəhidlərimizin qanını yerdə qoymadıq” - Hulusi Akar

DÜNYA

25 Iyul 2021 | 17:36

“Şəhidlərimizin qanını yerdə qoymadıq” - Hulusi Akar

"Fərat Qalxanı” Hərəkatı bölgəsində Türkiyə Silahlı Qüvvələrinə (TSK) qarşı xain terror hücumu edən terrorçuların cavabı yetərincə verilib, onların döyüş mövqeləri və ən az 7 terrorçu məhv edilib”.

Bakıvaxtı.az  Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

Nazir deyib ki, şəhidlərin qanını yerdə qoymadılar, qoymayacaqlar: “Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”.

Qeyd edək ki, dünən Suriya ilə Türkiyə sərhədində yerləşən, Türkiyə Ordusunun antiterror əməliyyatı apardığı “Fərat qalxanı” bölgəsində terror aktı törədilib, Türkiyə ordusunun 2 hərbi qulluqçusu şəhid olub, 2-si yaralanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

02 Oktyabr 2026