• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

XİN Ukrayna təyyarəsinin qaçırılması barədə məlumatları təkzib edib - YENİLƏNİB

DÜNYA

24 Avqust 2021 | 13:35

XİN Ukrayna təyyarəsinin qaçırılması barədə məlumatları təkzib edib - YENİLƏNİB

Əfqanıstanda Ukraynaya məxsus təyyarənin qaçırılması barədə yayılan məlumatlar təkzib edilib.

Bakıvaxtı.az “Russia Today”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Oleq Nikolenko məlumat verib.

“Kabildə və ya başqa bir yerdə qaçırılmış Ukrayna təyyarəsi yoxdur.

“Qaçırılmış təyyarə” barədə müxtəlif KİV-lərdə tirajlanan məlumatlar həqiqəti əks etdirmir”, - o bildirib.

*** 10:22

Əfqanıstanda Ukrayna təyyarəsi naməlum qrup tərəfindən qaçırılıb.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN-dən bildirilib.

Məlumata görə, Ukrayna vətəndaşlarının təxliyəsi üçün Əfqanıstanda olan təyyarə naməlum şəxslər tərəfindən qaçırılıb.

“Təyyarə naməlum sərnişinlərlə İran istiqamətində uçub”, - məlumatda qeyd edilib.

Keçən həftə baş vermiş hadisənin necə sonlanması barədə məlumat verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026