• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Səhnədə ürəyi tutan məşhur müğənni vəfat etdi

MƏDƏNİYYƏT

01 Iyun 2022 | 14:37

Səhnədə ürəyi tutan məşhur müğənni vəfat etdi

KK kimi tanınan hindistanlı bəstəkar-müğənni Krişnakumar Kunnath ürək tutmasından dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, Kəlküttə şəhərində konsert verərkən səhnədə vəziyyəti pisləşən müğənni xəstəxanaya aparılarkən yolda keçinib.

Müxtəlif dillərdə oxuyan ifaçının 53 yaşı var idi. Onun ölümü gözlənilməz olub. İfaçının bir oğlu və bir qızı qalıb.

“Onun mahnıları müxtəlif emosiyaları əks etdirir və bütün yaş qruplarından olan insanların diqqətini çəkirdi. Biz KK-nı həmişə bəstələrinə görə xatırlayacağıq”, - deyə Hindistanın Baş naziri Narendra Modi hadisəyə münasibət bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026