• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəhriyar Məmmədyarovdan növbəti QƏLƏBƏ

İDMAN

27 Aprel 2022 | 00:59 | Müəllif: Qalib İbrahimoğlu

Şəhriyar Məmmədyarovdan növbəti QƏLƏBƏ

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirib.

Bakıvaxtı.az xəbər verir ki, 37 yaşlı qrossmeyster “Oslo Esports Cup”ın beşinci turunda niderlandlı Aniş Giri ilə üz-üzə gəlib. Qarşılaşma Məmmədyarovun 3,5:2,5 hesablı qələbəsi ilə başa çatıb.

Məmmədyarov ilk turda çinli Le Kuanq Lyeyə qalib gəlib, ardınca hindistanlı Rameşbabu Praqnanandhaya, kanadalı Erik Hansenə və polşalı Yan-Kşiştof Dudaya uduzub.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026