• Bakı 20° C

    8.37 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Səkidə maşın sürən şəxs cərimələndi

CƏMİYYƏT

26 Sentyabr 2023 | 17:45

Səkidə maşın sürən şəxs cərimələndi

Bakıda piyadalar üçün nəzərdə tutulan yolda hərəkət edən sürücü cərimələnib.

Bakıvaxtı.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, hadisə Bakının Nəsimi rayonunda, Zərifə Əliyeva küçəsində baş verib.

Bakı şəhər Dövlət Yol Polis İdarəsindən  verilən məlumata görə, 90-ZB-616 dövlət nömrə nişanlı, BMW markalı avtomaşının sürücüsü barəsində piyadaların hərəkəti üçün nəzərdə tutulan yolla hərəkət etdiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə tətbiq edilib.
 


SON XƏBƏRLƏR

08 May 2025