• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şəkidə narkotik alverçiləri saxlanılıb

CƏMİYYƏT

21 Yanvar 2022 | 13:45 | Müəllif: Subhan Mahmudov

Şəkidə narkotik alverçiləri saxlanılıb

Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını həyata keçirən şəxslərə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında keçirilən ilk tədbir zamanı şəhər sakini Vüsal Abdurəhimov saxlanılaraq şöbəyə gətirilib. Üzərinə keçirilən baxış zamanı ondan qurudulmuş marixuana aşkarlanıb.

Davam etdirilən tədbirlərlə V.Abdurəhimova narkotik vasitəni satan şəxsin Əfqan Bəkirov olduğu müəyyən edilib. Şübhəli şəxs qismində saxlanılan Ə.Bəkirovun üzərindən narkotik vasitənin satışından əldə etdiyi pul və 7 qram marixuana götürülüb. Həmçinin, Şəki-Oğuz avtomobil yolunun kənarında gizlətdiyi 485 qram qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026