Lids Universitetinin alimləri müəyyən ediblər ki, hər gün emal edilmiş ət yemək unutqanlıq riskini 44% artırır.
Bakıvaxtı.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə “Express” yazır.
Qeyd olunur ki, tədqiqatçılar 40-69 yaş arası təxminən yarım milyon insanın sağlamlığı və genetik xüsusiyyətləri haqqında ətraflı məlumatların yer aldığı məlumat bazasını təhlil ediblər.
Səkkiz illik müşahidələr zamanı mütəxəssislər 2896 qazanılmış demensiya hadisəsini qeyd ediblər. Xəstələrin əksəriyyəti siqaret çəkən və və qeyri-aktiv həyat tərzi keçirən olub. Onların arasında qohumları da ən çox unutqanlıqdan əziyyət çəkənlərdi.
Eyni zamanda, emal edilmiş ətdən bu xəstəliyin inkişaf riskinin artması, insanın genetik meylindən asılı olmayaraq eyni olub.
Alimlərin fikrincə, hətta hər gün adi sendviç yemək belə unutqanlıq ehtimalını 44% artırır.
















