• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Sərhəddə döyüş davam edir: “Düşmən hazırda itkilər verərək geri çəkilir”   

GÜNDƏM

16 Noyabr 2021 | 16:39

Sərhəddə döyüş davam edir: “Düşmən hazırda itkilər verərək geri çəkilir”

“Laçın istiqamətdə Ermənistan ordusunun tör-töküntüləri bu dəfə artileriyadan və tank əleyhinə vasitələrdən istifadə etməklə Azərbaycan ordusunun mövqeylərinə tərəf hücuma keçməyə çalışıblar. Düşmən hazırda itkilər verərək geri çəkilir”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Ekspert qeyd edib ki, döyüşlər davam edir: “Erməni tərəfinin itkilərinin günün sonuna yaxın artacağı gözlənilir. 6 nəfər erməni əsgərinin əsir götürüldüyü, 10 nəfər erməni silahlısının isə yaralandığı və ya məhv ediliyi barədə məlumatlar mövcuddur.   

Əfsuslar olsun ki, Azərbaycan tərəfindən də itkilər var. İki nəfər yüngül yaralanıb.  Onlar müalicələrini alırlar. Həyatları üçün təhlükə yoxdur.

Gözlənilir ki, yaxın saatlarda Rusiya rəhbrəliyi bu işə müdaxilə edib, erməni ordusunun töküntülərini Azərbaycan qartallarından xilas etmək üçün fəaliyyətlərə başlasın”.

Ə.Verdiyev qeyd edib ki, bu kimi təxribatların qarşısının alınması üçün Ermənistanın başına artıq daha ciddi bir yumruq dəyməlidir: “Belə olan halda onlar Vətən müharibəsinin nəticələrini növbəti dəfə xatırlayacaqlar”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026