• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Hikmət Hacıyev Fəxrəddin Altuna təşəkkür etdi

GÜNDƏM

12 Dekabr 2021 | 01:00 | Müəllif: Subhan Mahmudov

Hikmət Hacıyev Fəxrəddin Altuna təşəkkür etdi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altuna İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya - "Stratcom 21" Sammitində iştirak dəvətinə görə təşəkkür edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Tvitterdəki hesabında yazıb.

"Stratcom 21 Türkiye Zirvəsinə dəvətə görə təşəkkür edirəm.

“Mən 44 günlük müharibə zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ Qələbəsi və Strateji Kommunikasiyalar mövzusunda "StratCom" Sammitində çıxış etmək şərəfinə nail oldum”.

Öz növbəsində Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da Hikmət Hacıyevə tədbirdə iştiraka görə təşəkkür edib. Türkiyə rəsmisi qeyd edib ki ortaq keçmiş, ortaq gələcək şüarı ilə birlikdə olmaq Türkiyə üçün çox qiymətlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026