• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Uşaqların və yaşlıların sosial müdafiəsi ilə bağlı tələblər sərtləşdirilib

GÜNDƏM

10 Yanvar 2022 | 12:43

Uşaqların və yaşlıların sosial müdafiəsi ilə bağlı tələblər sərtləşdirilib

Azərbaycanda pensiya yaşına çatmış əhalinin pensiya təminatı və uşaqların sosial müdafiə tədbirilə əhatə səviyyəsi aşağıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Beynəlxalq Əmək Təşkilatının yeni dərc olunan Qlobal Sosial Müdafiə Hesabatında qeyd olunub. Sənəddə 10 müxtəlif indikator əsasında sosial müdafiənin effektiv təşkili üzrə ölkələrarası müqayisə təqdim edilib.

İqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, təşkilat Azərbaycan və Ermənistanın adını xüsusi olaraq vurğulayaraq qeyd edir ki, pensiya yaşına çatmış yaşlı əhalinin pensiya sistemi ilə əhatə səviyyəsi son 20 ildə kəskin şəkildə aşağı düşüb və bu ciddi problemdir.

“Bunun səbəbi aydındır: hökumət sığorta əsaslı pensiya sistemilə bağlı tələbləri son 15 ildə sərtləşdirib, amma buna paralel olaraq rəsmi məşğulluğun əhatə dairəsinin genişləndirilməsi istiqamətində ciddi irəliləyişlər əldə edə bilməyib. Nəticədə isə uyğun yaşa çatan yaşlı insanlar pensiya hüququndan məhrum olurlar, əvəzində hökumət onlara daha aşağı məbləğlərlə ifadə olunan qocalıq müavinəti təklif edir”, - deyə R.Ağayev bildib.

Ekspert qeyd edib ki, Azərbaycanda uşaqların cəmi 16,9%-i ən azı bir sosial müdafiə (səhiyyə xaric) tədbirilə əhatə olunur: “Həmin göstərici Qazaxıstanda 57,4%, Gürcüstanda 48,1%, Ermənistanda 30,2%, o cümlədən dünya üzrə orta hesabla 26,4%, aşağı gəlirli ölkələrdə 8,5%, orta gəlirli ölkələrdə 20%-dən bir qədər yüksək, yüksək gəlirli ölkələrdə isə 87% təşkili edir.  

Onu da bildirim ki, yeni övlad dünyaya gətirmiş qadınların Azərbaycanda cəmi 16%-i hökumətin sosial müdafiə proqramı ilə əhatə olunub. Həmin göstərici Qazaxıstanda 44,2%, Ermənistanda 61,6%,  Gürcüstanda 26% təşkili edir.  

Daha bir göstərici Azərbaycanda aztəminatlı əhalinin 13,4%-i sosial yardım proqramı ilə əhatə olunur. Həmin göstərici Qazaxıstanda 74,2%,  Gürcüstanda 93%, o cümlədən dünya üzrə orta hesabla 29%, aşağı gəlirli ölkələrdə 7,8%, orta gəlirli ölkələrdə 35%-ə yaxın, yüksək gəlirli ölkələrdə isə 63% təşkil edir".

Qeyd edək ki, 2006-cı ildən etibarən Azərbaycanda müəyyən yaş həddinə kimi uşaqlara verilən aylıq sosial müavinət - "uşaq pulu" ləğv olunub.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR