Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi açıqlanıb.
Bakıvaxtı.az xəbər verir ki, tenderin qalibi "ARİS” MMC olub.
“ARİS” MMC BNA-nın sifarişi əsasında “Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi istiqamətində müvafiq proqram təminatlarının və lazımı lisenziyaların əldə edilməsi, habelə mövcud proqram təminatlarının yenilənməsi, müvafiq sistemlərə inteqrasiya olunması və digər aidiyyəti işlər üzrə lazım olan mal, iş və xidmətlərin satın alınması”nı həyata keçirəcək. Şirkət BNA-nın veb saytının yenidən qurulması işini də icra edəcək.
Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA “ARİS” MMC-yə 348 min 167 manat ödəyəcək.
Xatırladaq ki, “ARİS” MMC əvvəllər də BNA-nın keçirdiyi tenderlərin qalibi elan edilib.
Keçən ilin noyabr ayında keçirilən tenderin qalibi olan “ARİS” BNA-dan 3 milyon 498 min 316 manat dəyərində sifariş alıb. Həmin şirkət keçən ilin avqust ayında
“ARİS” BNA-nın keçən ilin avqust ayında keçirdiyi tenderin də qalibi elan olunub və şirkətə 828 min 360 manat ödəniş edilib.
BNA 2021-ci ilin ilin fevral ayında “ARİS” MMC ilə 220 min 248,89 manat dəyərində müqavilə imzalayıb.
“ARİS” MMC 19.03.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayanou, Hüseyn Cavid pr, ev 87A, m 757-də yerləşir. Qanuni təmsilçisi Haqverdiyev Ruslan Rüstəm oğludur.
Ramid İbrahimov






png-1646293475.webp)







jpg-1646030327.webp)

