• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Kəmaləddin Heydərov yola salınır? - NAZİR HESABAT VERƏCƏK 

GÜNDƏM

08 Fevral 2022 | 11:34

Kəmaləddin Heydərov yola salınır? - NAZİR HESABAT VERƏCƏK

Azərbaycan Boks Federasiyasının hesabat-seçki konfransının vaxtı açıqlanıb.

Bakıvaxtı.az-ın məlumatına görə, fevralın 9-da təşkil olunacaq tədbir saat 10.00-da başlayacaq.

Azərbaycan Boks Federasiyasının hazırkı prezidenti fövqəladə hallar nazir Kəmaləddin Heydərov, vitse-prezident Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovdur.

Qeyd edək ki, bu il bir neçə federasiyanın rəhbərliyi hesabat-seçki konfransından sonra vəzifəsindən azad edilib. 

Xatırladaq ki, federasiyada gənc boksçularla rəhbərlik arasında narazılıq yaranıb. Buna səbəb 2018-ci ildə keçirilən Boks üzrə Azərbaycan çempionatında baş verən qalmaqal olub. İddialara görə, idmançıların və işçilərin əmək haqları vaxtı-vaxtında da ödənilmir.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR