• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Sərhədlərə monitorinq aparatları quraşdırılıb

CƏMİYYƏT

30 Noyabr 2023 | 14:59

Sərhədlərə monitorinq aparatları quraşdırılıb

Bu gün iqlimin yoxlanılması, dəyişikliyin öyrənilməsi üçün sərhədlərə xüsusi monitorinq aparatları quraşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Nicat Əliyev Sənaye Təhlükəsizliyi Zirvəsində panel çıxışı zamanı deyib.

O qeyd edib ki, monitorinqi təşkil edən bu aparatlar onlayn şəkildə iqlimin dəyişilməsi ilə bağlı məlumatları ötürür: “Bu mesajlar FHN-in qaynar xəttinə ötürülür. Nəticədə iqlimdə hər hansı bir dəyişiklik, o cümlədən də radioaktiv dəyişiklik olduğu halda müəyyən tədbirlər görülür”.

“Biz Ekologiya və Təbii Sərvətlər nazirliyi ilə birgə eyni zamanda axar çay və suların da ekoloji monitorinqini həyata keçirir, bu fəaliyyətimizi işğaldan azad olunan ərazilərdə də davam etdiririk”, - deyə o əlavə edib.


SON XƏBƏRLƏR

26 Iyul 2024