Yanvarın 20-də Bakının Binəqədi rayonunun DSK yolu adlanan ərazisində “Üç qardaş” MMC-nin müvəqqəti istismarında olan 91 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
Bu barədə Bakıvaxtı.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
"Daşıyıcının verdiyi məlumata görə yük (TIR) avtomobili nasazlıq səbəbindən yolun kənarında dayansa da, qəza dayanma işıqlarını qoşmayıb. Avtobusun sürücüsü Sərdar Həsənquliyev yük avtomobilini gördükdə əyləcə basıb lakin yol sürüşkən olduğundan hər iki nəqliyyat vasitəsi toqquşub. Nəticədə avtobusda olan bir nəfər sərnişin xəsarət alıb", - məlumatda qeyd edilib.
*** 09:14
Bakıda sərnişin avtobusu yük avtomobilinə çırpılıb.
Bakıvaxtı.az-ın report-a istinadən məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, 91 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu idarəetməni itirib və “KamAZ” markalı yük avtomobilinə çırpılıb.
Hadisə zamanı avtobusda olan sərnişin, 1968-ci il Əliyeva Xatirə Məmməd qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.


















