• Bakı 18° C

    0.65 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sərsəng su anbarına kim nəzarət edir?

CƏMİYYƏT

29 Sentyabr 2023 | 15:21

Sərsəng su anbarına kim nəzarət edir?

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, ordumuzun şanlı qələbəsindən sonra Sərsəng su anbarı da bizim nəzarətimizə keçib.

“Artıq su anbarının istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir.

1976-cı ildə Tərtərçay çayının üzərində Sərsəng su anbarı tikilərək istifadəyə verilib.

Anbarın ümumi həcmi 565 mln. kbm, faydalı həcmi 500 mln.kbm-dir. Su anbarının su güzgüsünün sahəsi 1346 hektar, sahil xəttinin uzunluğu - 50,25 km-dir.

Qeyd edək ki, Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq”, - qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026