• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Sertifikasiya imtahanları bərpa edilir

CƏMİYYƏT

06 Yanvar 2023 | 16:20

Sertifikasiya imtahanları bərpa edilir

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin 26 dekabr 2022-ci il tarixindən texniki səbəblərdən təxirə salınan sertifikasiya imtahanları yanvarın 11-dən etibarən keçirilməsi bərpa edilir.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, imtahanı təxirə salınan şəxslərə yeni imtahan tarixləri və yenilənmiş imtahan buraxılış vərəqələri yanvarın 9-da təkrar göndəriləcək.

Yanvarın 11-də keçiriləcək sertifikasiya imtahanında iştirakı nəzərdə tutulan şəxslər imtahan buraxılış vərəqəsində qeyd olunmuş ünvan və saatda sertifikasiya imtahanında iştirak üçün dəvət olunurlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026