"Gələn həftədən səyyar reabilitasiyaya start veririk".
Bakıvaxtı.az xəbər verir ki, bunu Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov Vətən müharibəsi qazilərinə əlilliyin təyin edilməsi və əlilliyin yeni meyarları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
A.Bayramov qeyd edib ki, sağlamlıq imkanı məhdud uşaqların reabilitiasiya mərkəzinə transferi mümkün olacaq.
Gələn həftədən səyyar reabilitasiyaya başlanılacağını deyən A.Bayramov bildirib ki, sağlamlığı məhdud olan şəxslər səyyar reabilitasiya xidmətlərindən yararlana biləcək.
Nuranə Daxilqızı
















