• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Silahlı hücuma məruz qalan MHP üzvü öldü - ANBAAN VİDEO

DÜNYA

01 Oktyabr 2022 | 15:08

Silahlı hücuma məruz qalan MHP üzvü öldü - ANBAAN VİDEO

İstanbulda silahlı hücuma məruz qalan MHP üzvü Ərkan Xəncər (Erkan Hançer) müalicə aldığı xəstəxanada həyatını itirib.

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, Erkan Hançer ötən çərşənbə axşamı səhər saatlarında Sancaktepedə baş verən hadisədə bazardan çıxarkən silahlı hücuma məruz qalıb və müalicə olunmaq üçün xəstəxanaya aparılıb.

Silahlı hücumun təhlükəsizlik kamerası görüntülərində Erkan Hançerin bazardan çıxaraq maşınına tərəf gedərkən orada gözləyən bir şəxsin əlindəki silahı çıxararaq atəş açdığı görünür. Yaxın məsafədən başına dəyən güllə nəticəsində vəziyyəti ağır olan Ərkan Xəncər bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026