• Bakı 27° C

    3.48 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Silahlı münaqişə zamanı mədəni sərvətlərin daşınma qaydası müəyyənləşdi

CƏMİYYƏT

23 May 2024 | 19:42

Silahlı münaqişə zamanı mədəni sərvətlərin daşınma qaydası müəyyənləşdi

Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi Silahlı Qüvvələrin hərbi qulluqçularına həvalə ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin təhlükəsiz yerlərə köçürülməsində “Silahlı münaqişə zamanı daşınar mədəni sərvətlərin mühafizəsi haqqında” Konvensiyaya uyğun olaraq, fərqləndirici emblemlə işarələnmiş nəqliyyat vasitələrindən istifadə oluna bilər.


SON XƏBƏRLƏR

15 Iyun 2024