Kolumbiyada silahlı qiyamçı təşkilat Milli Azadlıq Ordusu ilə keçmiş Kolumbiyanın İnqilabçı Silahlı Qüvvələrinin 33-cü cəbhəsi arasında qarşıdurmalar baş verib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, baş verən qarşıdurmalarda 24-ü mülki şəxs olmaqla 30 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
70 ailənin evlərini tərk etmək məcburiyyətində qaldıqları bildirilib.
Mina Mikayılova