Şirvan sakini vanna otağında ölüb.
Bakıvaxtı.az APA-ya istinadla xəbər verir ki, hadisə Şirvan şəhəri Əzizbəyov küçəsi 3 mənzil 9 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1963-cü il təvəllüdlü Rəsulov Aslan vanna otağında ölü tapılıb.
Yaxınları həkimlərə bildirib ki, mərhum ürək ağrılarından əziyyət çəkirdi. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb olunub.
Onun hansı səbəbdən ölməsi aydınlaşdırılır.















