• Bakı C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9556

    RUB - 2.1356

Şirvanda 100-cü angioqrafiya əməliyyatı həyata keçirilib

CƏMİYYƏT

28 Noyabr 2023 | 16:38

Şirvanda 100-cü angioqrafiya əməliyyatı həyata keçirilib

Şirvan Şəhər Mərkəzi Xəstəxanasının (ŞMX) nəzdində fəaliyyət göstərən Şirvan Ürək Mərkəzində ilk dəfə koronar damar daxili təzyiqin ölçülməsi (FFR) əməliyyatı və 100-cü angioqrafiya əməliyyatı həyata keçirilib.

TƏBİB-dən Bakıvaxtı.az-a verilən məlumata görə, 1955-ci il təvəllüdlü Sabirabad rayon Navadan kənd sakini üzərində aparılan koronar damar daxili təzyiqin ölçülməsi (FFR) əməliyyatı uğurla baş tutub. Hazırda pasiyentin vəziyyəti tam stabildir.

Həm sözügedən əməliyyat, həm də 100-cü angioqrafiya əməliyyatı invaziv-kardioloq Nicat İbrahimov tərəfindən həyata keçirilib. O, “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqram” çərçivəsində dövlət tibb müəssisələrində işə cəlb olunan xarici ölkədə çalışmış həkimlərdəndir.

Qeyd edək ki, Şirvan Regional Ürək Mərkəzi 2023-cü ilin oktyabrından fəaliyyətə başlayıb. Müasir avadanlıqlar, dərman və dərman vasitələri ilə təchiz olunan Mərkəz 6 rayon (Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Saatlı, Neftçala) üzrə kardioloji xəstələrə xidmət göstərir.

Şirvan Ürək Mərkəzində vətəndaşlara təqdim olunan xidmətlər icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilir.


SON XƏBƏRLƏR