Şirvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb.
Bakıvaxtı.az APA-ya istinadən bildirir ki, Şirvan sakini, 2005-ci il təvəllüdlü , Rzayev Turan Xudaverdi oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. T.Xudaverdiyev baldırın kəsilmiş-deşilmiş yarası ilə Şirvan şəhər xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb. Yeniyetmənin çoxlu qan itirdiyi bildirilir. Onu bıçaqlayanın kimliyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
















