• Bakı 20° C

    3.31 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

"Sizə bir az paxıllıq edirik" - Putindən Si Cinpinə

DÜNYA

20 Mart 2023 | 19:49

Sizə bir az paxıllıq edirik - Putindən Si Cinpinə

Xəbər verdiyimiz kimi,  Rusiya Prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpinlə Kremldə görüşüb. 

Bakıvaxtı.az gazeta.ru-ya istinadən xəbər verir ki, liderlər arasında danışıqlar Kremldə təkbətək formatda keçirilb.  

Putin çinli həmkarına, "Çin son illərdə öz inkişafında böyük bir sıçrayış etdi. Bütün dünyada bu, həqiqi marağa səbəb olur və hətta sizə bir az paxıllıq edirik. Rusiya və Çinin çoxlu ortaq vəzifələri və məqsədləri var. Çinli dostlarımız Rusiya-Çin münasibətlərinin inkişafına böyük diqqət yetirirlər. Rusiya hər zaman danışıqlar prosesinə açıqdır və Çinin Ukraynadakı vəziyyəti həll etmək planına hörmətlə yanaşır. Biz bu məsələni müzakirə edəcəyik",- deyə ifadə edib. .

Si Cinpin isə "Hörmətli prezident Putin, mən həmişə sizi əziz dostum adlandırıram. Rusiya-Çin münasibətlərinin inkişafının tarixi məntiqi var. Biz ən böyük qonşu ölkələrik. Ölkələrimiz arasında sıx əlaqələr olmalıdır. Biz dünyada ədalət və bərabərliyə, eləcə də ölkələrimizin rifahına nail olmalıyıq",- bildirib.

 


SON XƏBƏRLƏR