• Bakı 28° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9452

    RUB - 2.2353

Slovakiya Ukraynaya hərbi yardımın maliyyələşdirilməsindən imtina edib

DÜNYA

12 Iyul 2026 | 15:04

Slovakiya Ukraynaya hərbi yardımın maliyyələşdirilməsindən imtina edib

Slovakiya Prezidenti Peter Pelleqrini bəzi NATO ölkələrinin Ukraynaya hərbi yardımın maliyyələşdirilməsində iştirak etmək istəmədiyini açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, TA-3 telekanalına müsahibəsində Ankarada keçirilən NATO sammitinin nəticələrini şərh edərkən danışıb.

Pelleqrini bildirib ki, Slovakiya Ukraynaya silah tədarük etməyəcək və onun silahlandırılmasının maliyyələşdirilməsində iştirak etməyəcək. Onun sözlərinə görə, Macarıstan və Çexiya da oxşar mövqe sərgiləyib, bəzi digər ölkələr isə Ukraynaya ayrılması nəzərdə tutulan 70 milyard avroluq yardım paketinə qoşulmaq niyyətində deyil.

Slovakiya Prezidenti əlavə edib ki, Ukraynaya hərbi dəstəklə yanaşı, münaqişənin diplomatik yolla həlli istiqamətində səylər də artırılmalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Iyul 2026