• Bakı 16° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Son 2 ayda Yasamalda narkotikə görə 50 nəfər saxlanılıb

HADİSƏ

05 Avqust 2022 | 15:12

Son 2 ayda Yasamalda narkotikə görə 50 nəfər saxlanılıb

Paytaxtın Yasamal rayonunda iyun-iyul aylarında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 50 nəfər saxlanılıb.

Bu barədə Bakıvaxtı.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində cinayət işi başlanılıb.

Saxlanılan şəxslərdən 40 nəfəri barəsində məhkəmə tərəfindən həbs, 10-u haqqında isə digər növdən olan qətimkan tədbirləri seçilib.

Qeyd edək ki, İdarə əməkdaşları tərəfindən Yasamal rayonunda son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı ümumilikdə 37 kiloqram heroin, marixuana, tiryək və psixotrop maddə olan metamfetamin aşkar olunub.

"Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR