• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

"Son iki ildə 419 terror aktının qarşısı alınıb" - Bortnikov

CƏMİYYƏT

13 Fevral 2024 | 15:20

"Son iki ildə 419 terror aktının qarşısı alınıb" - Bortnikov

Rusiyanın xüsusi xidmət və hüquq-mühafizə orqanları Ukraynada müharibə başlayandan 419 terror aktının qarşısını alıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru, Milli Antiterror Komitəsinin sədri Aleksandr Bortnikov bildirib.

Onun sözlərinə görə, internet saytlarında 360 min ekstremist material aşkarlanaraq silinib, sosial şəbəkələrdəki 70 min səhifəyə giriş bloklanıb.

Qeyd edək ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Moskva bu müharibəni xüsusi əməliyyat adlandırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026