• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Son on altı ayda Türkiyədə 980 hərbiçi həbs edilib

DÜNYA

27 Mart 2021 | 19:16

Son on altı ayda Türkiyədə 980 hərbiçi həbs edilib

Son 16 ay ərzində Türkiyənin İzmir Baş Prokurorluğu tərəfindən ölkənin Silahlı Qüvvələrinin (TSK) FETÖ terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən hərbi qulluqçularının saxlanılması istiqamətində keçirilən əməliyyatlarda 980 nəfər həbs edilib.

Bakıvaxtı.az xəbər verir ki, 2019-cu ilin noyabr ayından etibarən İzmir Baş Prokurorluğu tərəfindən keçirilən əməliyyatlarda terror təşkilatı ilə əlaqəsi olmaqda şübhəli bilinən 2298 şübhəlinin saxlanılmasına qərar verilib. Onlardan 1755-i fəaliyyətdə olan hərbiçilər olub. Saxlanılan bu şəxslərdən 980-i həbs edilib. Onlardan 311-i FETÖ ilə əməkdaşlıq etdiklərini etiraf ediblər.

Bu əməliyyatlar İzmir Baş Prokurorluğu, Türkiyənin Milli Müdafiə Nazirliyi, Baş Qərargah İdarəsi, Milli Kəşfiyyat Agentliyi, Təhlükəsizlik Baş İdarəsi və İzmir Təhlükəsizlik İdarəsinin birgə səyləri nəticəsində keçirilib.

Hazırda daha 162 şübhəlinin axtarışı davam edir.(unikal.org)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026