Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 92 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bakıvaxtı.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 67, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 1 nəfərdir.
















