• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna səfirliyi Azərbaycana təşəkkür etdi

CƏMİYYƏT

21 Aprel 2022 | 18:41 | Müəllif: Subhan Mahmudov

Ukrayna səfirliyi Azərbaycana təşəkkür etdi

Ukraynanın Azərbaycandakı səfirliyi növbəti humanitar yardım üçün Azərbaycana təşəkkür edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi "Twitter" hesabında paylaşım edilib.

"Azərbaycan Rusiyanın hücumundan sonra Ukraynaya 1000 tondan çox mühüm humanitar yardım çatdırıb! Təşəkkürlər, Dostlar!", - paylaşımda deyilir.

Qeyd edək ki, bu gün Azərbaycan dövləti tərəfindən Ukrayna xalqına humanitar yardım məqsədilə dərman vasitələri, tibbi sərfiyyat malları və ərzaq məhsullarından ibarət növbəti yardım yola salınıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026